Vladimir Doroxin: "Rusiya Qars müqaviləsindən imtina etməyəcək"
17 Sentyabr 2009 Cümə Axşamı 15:05
Rusiyanın Azərbaycandakı səfiri Ermənistan-Türkiyə protokoluna münasibət bildirib
"Rusiya üçün Qars müqaviləsi qüvvədədir və beynəlxalq hüququn əsas elementidir. Biz ondan imtina etmək və yenidən baxmaq fikrimiz yoxdur". Bu barədə Ermənistan-Türkiyə protokolu qüvvəyə minərsə, Qars müqaviləsinin qüvvədən düşəcəyi barədə suala cavab verən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Səfir, Rusiyanın Ermənistan-Türkiyə yaxınlaşmasına münasibətini də açıqlayıb: " Ermənistan-Türkiyə münasibətləri iki ölkənin işidir. Onların öz aralarındakı münasibətləri hansı istiqamətdə inkişaf etdirməyə qərar vermək hüquqları var. Biz regionda təhlükəsizliyə və sabitliyə kömək edəcək bütün addımları dəstəkləyirik. Ümid edirik ki, bu addımlar hansısa yeni gərginliyə və problemə yox, sabitləyə gətirib çıxaracaq".
DOSTLARINLA PAYLAŞ: