Vitaliy Kliçko prezident olmaq isteyir
24 Oktyabr 2013 Cümə Axşamı 19:59
Vitaliy Kliçko Ukraynada 2015-ci ilde keçirilecek prezident seçkilerinde namizedliyini ireli sürmek isteyir.
Boksçu kimi məşhurlaşan, Ukraynanın müxalif partiyalarından biri olan “Udar” partiyasının lideri Vitaliy Kliçko prezident olmaq arzusundadır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Ukraynada keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək.

Bu barədə o ilk dəfə olaraq rəsmən bildirib: “Bütün uydurmalara və mümkün namizəd kimi mənimlə hesablaşmaq cəhdlərinə son qoymaq üçün, mən bildirmək istəyirəm ki, mən prezidentliyə namizədliyimi irəli sürmüşəm”,- deyə Kliçko parlament tribunasında çıxışında bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar