Vitali Kliçko prezidentlikden imtina etdi
29 Mart 2014 Şənbə 15:46
UDAR partiyanın lideri Vitali Kliçko Pyotr Poroşenkonu prezidentlik postuna vahid namized kimi ireli sürmeyi teklif edib.
Vitali Kliçko prezidentlikden imtina edib. ANS PRESS-in melumatına göre, UDAR partiyanın lideri Vitali Kliçko Pyotr Poroşenkonu demokratik gücler terefinden prezidentlik postuna vahid namized kimi ireli sürmeyi teklif edib. O, bu barede bu gün Kiyevde "UDAR" partiyasının qurultayında çıxış ederken deyib.
Kliçko bildirib ki, bu gün mesuliyyetli qerarların vaxtı çatıb. UDAR partiyanın lideri Ukraynanın öz tarixinin çetin vaxtlarından narahat olduğunu deyib:
"UDAR qalibler partiyasıdır. Biz 2012-ci ilin parlament seçkilerinde qalib geldik, biz xalqla birlikde cinayetkar hakimiyyete qalib geldik".
Kliçko çıxışında Kiyev şeher meri vezifesine namized olacağını elan edib. O, Kiyevi müasir Avropa şeherine çevireceyi sözünü verib.
DOSTLARINLA PAYLAŞ: