Viran qalmış Misiri abadlaşcaq
27 Oktyabr 2013 Bazar 03:23
Birləşmiş Ərəb Əmirlikləri həmçinin 50 min mənzil, 100 məktəb tikməyə, ucqar kəndləri elektrik enerjisi ilə təmin etməyə söz verib.
Birləşmiş Ərəb Əmirlikləri Misirdə infrastrukturun inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına 4,9 milyard dollar ayırır.
ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, vəsait bu yöndə hazırlanacaq layihələrin reallaşmasına xərclənəcək.
İki ölkə arasındakı bu razılaşma oktyabrın 26-da Əbu Dabidə, Misirin baş naziri Xazem əl Biblavinin BƏƏ-yə səfəri çərçivəsində imzalanıb.
BƏƏ-nin vəsaitləri hesabına nəqliyyat sisteminin müasirləşdirilməsi həyata keçiriləcək, bu məqsədlə artıq 600-dək avtobus alınıb.
Bu məbləğə Məhəmməd Mursi prezidentlikdən devrildikdən sonra BƏƏ-nin Misirə ayırdığı 1 mlrd dollar da daxildir.
Daha 1 mlrd dollar Misiri müxtəlif növ yanacaqla təmin etmək üçün ayrılacaq. Bundan başqa, ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə BƏƏ buğdanın saxlanılması üçün 25 elevatorun tikintisini maliyyələşdirəcək.
BƏƏ həmçinin 50 min mənzil, 100 məktəb tikməyə, ucqar kəndləri elektrik enerjisi ilə təmin etməyə söz verib.
Qeyd edək ki, bundan əvvəl ölkədə maliyyə vəziyyətinin sabitləşməsi üçün BƏƏ Misirə 2 mlrd dollar kredit təqdim edib.
Qeyd edək ki, Mursi hakimiyyətdən devrildikdən sonra BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt Misirə yardımın həcmini xeyli çoxaldıb.
DOSTLARINLA PAYLAŞ: