Viktoriya Nuland: Rusiyanın Suriyaya avadanlıq göndərməsi qanunidir
13 Oktyabr 2012 Şənbə 14:31
Bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi brifinqdə bildirib.
Amerika Birləşmiş Ştatları Dövlət Departamenti etiraf edib: Rusiyadan Suriyaya avadanlıq göndərilməsi qanunidir. Rusiyanın Suriyaya yönəlik siyasəti “Mənəvi cəhətdən savadsızdır” və Rusiyanın BMT təhlükəsizlik Şurasının daimi üzvü kimi statusuna uyğun gəlmir. ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi Viktoriya Nuland brifinqdə bildirib.

O, həm də etiraf edib ki, hüquqi baxımdan Rusiyanın Suriyaya avadanlıq göndərməsi qanunidir. Çünki Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriya haqqında sanksiyaları nəzərdə tutan qətnaməyə veto qoyub. Viktoriya Nuland bildirib ki, Suriya təyyarəsinin endirilməsi zamanı ABŞ Dövlət Departamenti Türkiyə ilə daimi əlaqə saxlayıb.

Xatırladaq ki, oktyabrın 10-da Türkiyənin Hərbi Hava Qüvvələri Moskvadan Dəməşqə uçan Suriya təyyarəsini Ankaraya yerə endirmişdi. Türkiyə tərəfi təyyarədə hərbi yük olacağından şübhələnmişdi. Təyyarədə həm də 17 Rusiya vətəndaşı Dəməşqə uçurmuş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar