Ötən gün Ukrayna prezidenti Viktor Yuşşenkonun böyük oğlu Andrey Yuşşenko subaylığın daşını atıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə dövlət rəhbərinin mətbuat xidmətindən məlumat verilib. Prezident oğlu Yelizaveta Yefrosinina adlı bir qızla ailə həyatı qurub.
Nigah cümə axşamı Kiyevin Peçer rayon VVAQ-da rəsmiləşib. /ANS PRESS/