Viktor Yanukoviç: “Mən Kremlin “kukla”sı deyiləm”
10 Fevral 2010 Çərşənbə 03:00
Viktor Yanukoviç: “Prezident kimi qəbul edəcəyim qərarlar Rusiyaın yox, Ukraynanın milli maraqlarına xidmət edəcək”
Ukraynadakı prezident seçkilərində qalib gəldiyi bildirilən Viktor Yanukoviç, rəqibi Yuliya Timoşenkonu seçkilərin nəticələrini tanımağa çağırıb. O, seçkilərdən sonra iki düşərgəyə bölünmüş ölkənin birliyinə tərəfdar olduğunu da bəyan edib.
Viktor Yanukoviç bildirib ki, Ukraynda artıq beş ildir demokratiya qanunları ilə yaşayır: “Bunu hazırkı seçiklər də sübut etdi. Yuliya Timoşenko səsvermənin nəticələrini tanımaq istəməməklə özünün “narıncı inqilab” prinsiplərinə xəyanət edir”.
Viktor Yanukoviç söz verib ki, onun prezident kimi qəbul edəcəyi qərarlar Rusiyaın yox, Ukraynanın milli maraqlarına xidmət edəcək: “Mən Kremlin “kukla”sı deyiləm. Yürütdüyüm siyasət Rusiya və Avropa Birliyi ilə qarşılıqlı maraqlar və mehriban qonşuluq əlaqələrinə xidmət edəcək”.
NATO ilə münasibətlərə toxunan Viktor Yanukoviç deyib ki, Şimali Atlantika alyansı ilə əməkdaşlıq davam edəcək. Amma onun fikrincə, NATO-ya qoşulmaq məsələsini Ukrayna xalqı referendum yolu ilə həll etməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: