Viktor Yanukoviç Kiyevə qayıdacaq
11 Mart 2014 Çərşənbə Axşamı 13:19
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rostov-na-Donu-da brifinq keçirir.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rostov-na-Donu-da brifinq keçirir. ANS PRESS-in məlumatına görə, Yanukoviç Krımda baş verən son hadisələr haqda danışır. Yanukoviç hazırki hakimiyyətin qeyri-legitim olduğunu yenidən bildirərək, imkan düşəcəyi təqdirdə dərhal Kiyevə qayıdacağını deyib. Brifinq Avropanın bir sıra kanalları tərəfindən canlı yayımlanır.
Qeyd edək ki, Viktor Yanukoviç 22 fevral 2014-xü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçmış və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: