Ayaqqabılarını və corablarını çıxaran polis şalvarını çirmələyərək yolda hərəkəti tənzimləməyə çalışıb.
Yağmurlu havanın gölə çevirdiyi küçədə yol polisi vəzifəsini ayaqyalın icra etdi. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə Türkiyənin Ərzurum vilayətində baş verib. Ötən axşam havanın yağmurlu olması nəticəsində şəhərin küçələri və prospektlərini sel basıb. Şəhər yol polislərindən biri isə hərəkətliliyin çox olduğu prospektlərdən birində tıxacın qarşısını almaq üçün işinə ayaqyalın davam edib. Ayaqqabılarını və corablarını çıxaran polis şalvarını çirmələyərək yolda hərəkəti tənzimləməyə çalışıb. ANSPRESS