Veteranlar Sarkisyanın iqamətgahı qarşısında aksiya keçiriblər
22 İyun 2010 Çərşənbə Axşamı 11:00
Onlar prezident Serj Sarkisyanla görüş tələb edirlər.
Ermənistanda Qarabağ müharibəsi veteranları Birliyinin üzvləri prezident Serj Sarkisyanın iqamətgahı önündə piket keçiriblər. ANS PRESS “news.am” saytına istinadən xəbər verir ki, onlar prezidentlə görüş tələb edirlər. Serj Sarkisyan özü isə hazırda Almaniyada rəsmi səfərdədir.

Eyni zamanda veteranlar Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan son müzakirələrdən narahat olduqlarını deyiblər və “bir qarış torpağın da Azərbaycana verilməməsi”ni tələb edirlər. Separatçı rejimin “silahlı qüvvələri”nin ilk komandanı olmuş Arkadi Karapetyan 18 iyunda Azərbaycan Silahlı Qüvvələri ilə cəbhə xəttində baş vermiş silahlı atışmanı şərh edərkən belə deyib, ermənilər nədənsə özlərinə çox güvənirlər.

“Əgər xalq yatırsa heç kim bu problemi həll edə bilməz. Əgər biz diqqətli olsaq, kimsə bizə heç nə edə bilməz. Həmçinin, biz güclü olsaq, müharibə olmaz. Yox əgər biz zəifləsək, düşməndə inam yaranacaq ki, o hər an hücum edə və qələbə çala bilər”, deyə Karapetyan qeyd edib.

Veteranlar bəyan ediblər ki, əgər Serj Sarkisyan ölkəyə qayıdandan sonra onları qəbul etməsə, o zaman daha radikal addımlar atacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar