Vətəndaş nazirə ana söyüşü ilə müraciət etdi
11 İyun 2012 Bazar Ertəsi 03:15
Söyüşü söyən səyyar satıcı dəlixanaya aparılıb.
Türkiyə İş və sosial təminat naziri Faruq Çelik vətəmdaşın ana söyüşü ilə müraciəti qarşısında şoka düşdü. “Doğan” xəbər agentıliyinin (DHA) yaydığı məlumata görə, hadisə nazir Bursa şəhərindəki Ulu Cami məscidində keçirilən tədbirdən çıxarkən baş verib. Məlumata görə, nazir tədbirdən çıxıb avtomobilinə doğru gedərkən ərazidə olan səyyar bir satıcı yaxınlaşaraq şikayətə başlayıb. Satıcı nazir gəldiyi üçün onlara satışa icazə verilmədiyini deyib: “Nazir gəlir, nazir gəlir, yığışdırın – dedilər. Mən də üsyan etdim və nazirin anasını ... dedim”.

Qeyd edək ki, nazir Faruq Çelik gözlənilməz bu hal qarşısında şoka düşüb. Satıcı isə polis tərəfindən şöbəyə aparılıb. İlkin istintaqdan sonra məhkəməyə göndərilən satıcı daha sonra ağıl tarazlığının yoxlanılması üçün psixoloji dispanserə aparılıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar