Vətəndaş dombalaq aşmaq üçün nazirdən izn istədi
14 İyul 2012 Şənbə 05:24
Nazir İdris Naim Şahin isə gülümsəyərək vətəndaşın bu tələbini qəbul etməyib
Türkiyədə Sakarya vilayətinə səfəri vaxtı yerli sakinlərdən biri qəribə bir istəklə daxili işlər naziri İdris Naim Şahinə müraciət edib. “Cihan”ın yaydığı məlumata görə, nazirə yaxınlaşan Turqay Özbalkan “Cənab nazir sizi çox sevirəm. İzn verin burda dombalaq aşım” – deyib. Nazir Şahin isə gülümsəyərək vətəndaşın bu tələbini qəbul etməyib. Özbalkan isə, “O zaman icazə verin sizi öpüm” – deyib və naziri qucaqlayıb.
Qeyd edək ki, vətəndaşın belə bir tələblə daxili işlər nazirinə müraciət etməsi təsadüfi deyil. Xatırladaq ki, bu ilin aprel ayında nazir İdris Naim Şahin Ərzurum vilayətinin Aşkale rayonunda səfərdə olduğu vaxt yerlilərdən biri yaxınlaşaraq, “Cənab nazir sizi çox sevirəm” – demişdi. Nazir isə vətəmdaşa zarafatla, “Elə isə bir dombalaq aş görüm” (Hadi bi takla at bakayım) – deyə cavab vermişdi. Nazirin bu sözü ölkədə birmənalı qarşılanmamış, siyasi partiya liderləri və bəzi sivil qurum rəhbərləri bunu, “vətəndaşı təhqir” kimi qəbul etmişdi.
DOSTLARINLA PAYLAŞ: