Vestervelle: "Türkiyə Avropa İttifaqına daxil olmağa hazır deyil"
27 İyul 2010 Çərşənbə Axşamı 16:50
Almaniyanın vitse-kansleri Vestervelle Türkiyənin Avropa İttifaqına üzv olmasında perspektiv görür.
"Türkiyə Avropa İttifaqına daxil olmağa hələ hazır deyil. Türkiyənin Avropa İttifaqına daxil olması məsələsinin artıq gündəlikdə olduğunu düşünənlər yanılırlar". Bu sözləri Ankaraya səfər öncəsi "Bild" qəzetinə müsahibəsində Almaniyanın vitse-kansleri və xarici işlər naziri Qido Vestervelle deyib.
Eyni zamanda Q.Vestervelle Türkiyənin Avropa İttifaqına üzv olmasında perspektiv görür. "Xüsusilə Almaniya Türkiyənin Avropaya inteqrasiyasında böyük iqtisadi marağa malikdir", - deyə o qeyd edib.
Almaniyalı nazirin sözlərinə görə, Avropa xüsusilə Əfqanıstan, İran, Yəmən və Yaxın Şərqdə mövcud olan regional münaqişələrin həllində Türkiyənin “konstruktiv yardım”ına ehtiyacı var.
Vitse-kansler Türkiyənin Avropa İttifaqına daxil olmasına dair qərarın Almaniyada keçiriləcək referenduma daxil edilməsi məsələsinin gərək olub-olmamasına dair sualı açıq qoyub. "Yalnız bir neçə ildən sonra aktual olacaq mövzunu indidən müzakirə etmək lazım deyil", - deyə o bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: