Venetsiya dəfn olundu
15 Noyabr 2009 Bazar 05:40
Əhalisi durmadan azalan Venetsiya şəhəri simvolik şəkildə dəfn olunub.
Venetsiya sakinləri əhalisinin sayı sürətlə azalan şəhərin “dəfn” mərasimini keçirib. Matəm mərasimi üç qayıqdan ibarət olub. Onlardan birinə simvolik tabut qoyulub və əsas kanallarla üzməklə çoxsaylı turistlərin diqqətini cəlb edib.
Simvolik dəfn mərasimini ictimai assosiasiyalardan biri təşkil edib. Şəhərin yox olmaq təhlükəsinə qarşı mübarizə aparan təşkilatın məlumatına görə, ötən əsrin ortalarından indiyədək əhalinin sayı 300 min nəfərdən 60 min nəfərədək azalıb.
Yerli əhalinin axınının səbəbi Venetsiyanın su altında qalacağı barədə proqnozların qorxusu yox, bahalı həyat və infrastruktur çatışmazlığıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar