Venesuelanın “zəhərli cənnəti”
31 Avqust 2010 Çərşənbə Axşamı 23:25
Ən gözəl istirahət bölgəsindən 3 min nəfər evakuasiya olunub.
Venesuelanın Araqua əyalətində yerləşən və ölkənin ən gözəl istirahət bölgələrindən biri hesab olunan Çoroni çimərliyi 200 nəfərin zəhərlənməsindən sonra bağlanıb.

Dənizə girən turistlərin gözlərinin yanması, qaşınma və baş ağrısı şikayəti ilə kütləvi şəkildə xəsətəxanalara axışmasından sonra hökumət yaranmış vəziyyətə müdaxilə edib. Baş verənlərin səbəbini müəyyənləşdirə bilməyən rəsmilər çimərliyin bağlanması və 3 min nəfərin evakuasiya olunması barədə qərar qəbul ediblər.

Venesuelanın ən gözəl çimərliyi hesab olunan Çoroni indi “zəhərli cənnət” kimi xatırlanır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar