Venesuelanın sözü keçmədi
04 Mart 2011 Cümə 18:11
Fransa və ABŞ Uqo Çavesin Qəddafi ilə danışıqlar aparmaq təklifini qəbul etməyib
ABŞ və Fransa Venesula prezidenti Uqo Çavesin Liviyadakı vəziyyətin tənzimlənməsinə dair beynəlxalq komissiyanın yaradılması təklifini qəbul etməyib. Bunun əvəzində isə Ağ evin mətbuat katibi Filip Krouli Liviya Cəmahiriyyəsinin lideri Müəmmar Qəddafinin istefa verməsi təklifini yenidən irəli sürüb. “Əl-Cəzirə” kanalının xəbərinə görə, Ağ evin nümayəndəsi deyib ki, ölkəsi və xalqı üçün nəyin etməli olduğunu polkovnika demək üçün beynəlxlaq komissiyanın yaradılmasına ehtiyac yoxdur.

Məsələyə münasibət bildiriən rəsmi Paris isə Qəddafinin öz məqsədinə nail olmaq üçün əl atacağı istənilən cəhdin dəstəklənməyəcəyini bəyan edib.

Halbuki ötən gün yayılan xəbərlərdə yazılırdı ki, Venesuela prezidenti Uqo Çaves Liviya diktatoru Müəmmar Qəddafini yola gətirə bilibmiş. Belə ki, yazılanlara görə, Çaves Qəddafiyə ölkədə vəziyyəti nizamlanmaq üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edib. Öz növbəsində Venesuelanın xarici işlər naziri Nikolas Maduro deyib ki, Liviyadakı gərginliyi aradan qaldırmağın vasitəsi hərbi təhdidlər deyil, danışıqlar yoludur.

Amma Uqo Çavesin bu cəhdi kəskin şəkildə ölkənin müxalifətçiləri tərəfindın tənqid olunub. Onlar hesab edirlər ki, Venesuela liderinin belə mövqe sərgiləməsi ölkənin xaricdəki imicinə mənfi təsir edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar