Venesuela prezidentinin başı üçün 100 milyon
21 Noyabr 2010 Bazar 10:05
Bu barədə Uqo Çaves özü bəyan edib
Venesuelanın müxalifət qüvvələri 100 milyon dollar toplayıb və bu böyük məbləği ölkə prezidentini öldürəcək şəxsə vermək niyyətindədirlər. ANS PRESS-in yerli “Universal” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela prezidenti Uqo Çaves özü bəyan edib.
Latınamerikalı lider bu sözləri Karakasda milad mallarının “sosialist yarmarkası”nı ziyarət edən zaman ifadə edib və bu məlumatın “olduqca etibarlı” olduğunu bildirib.
Çaves onun ölümü üçün səxavətlə pul xərcləmək istəyən sui-qəsdçilərdən biri kimi ölkədə iri müxalifət telekanalı olan “Globovision”un rəhbəri Gilermo Suloaqunu göstərib.
Qeyd edək ki, Gilermo Suloaqu sui-istifadə və qununsuz olaraq mənfəət əldə etmə ittihamı üzrə Venesuela hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. 2010-cu ilin iyun ayının ortalarında Venesuela hazırda ABŞ-da olan Suloaqunun yaxalanmasında köməklik göstərməsi üçün İnterpola müraciət edib.
DOSTLARINLA PAYLAŞ: