Venesuela prezidentinə sui-qəsdin üstü açıldı
22 Oktyabr 2013 Çərşənbə Axşamı 07:06
Kolumbiyalı musdlu-qatillər bunun müqabilində 10,6 min dollar pul alacaqlarmış.
Venesuela prezidenti Nikolas Maduroya sui-qəsdə görə, kolumbiyalı muzdlular 20 milyon peso (10,6 min dollar) alacaqmış. ANS PRESS-in İtar-Tass-a istinasdən verdiyi məlumata görə, bunu Venesuelanın daxili işlər naziri Miqel Torres bildirib.
Qeyd edək ki, avqustun sonunda Venesuela DİN 22 yaşlı Viktor Qeçe və 18 yaşlı Erik Uerto adlı iki kolumbiyalı muzdlunun həbs olunması barədə məlumat yaymışdı. Venesuela kəşfiyyatı həmin şəxsləri Kolumbiya-Venesuela sərhədindən keçən müddətdən izləyirmiş.
Axtarış zamanı onların üzərlərindən lazer tuşlayıcı olan AR-15 tüfəngi, çoxlu sayda güllə və Modero və Venesuela parlamentinin spikeri Dosdado Kobelonun şəkilləri çıxmışdı.
Prukurorluğun məlumatına görə, saxlanılan şəxslərə yüksəkçinli məmurlara sui-qəsd hazırlamaq, odlu silah qaçaqmalçılığı və cinayətkar dəstəyə üzv olma ittihamları irəli sürülmüşdü.
DOSTLARINLA PAYLAŞ: