Venesiya İtaliyadan ayrılır
16 Mart 2014 Bazar 20:32
Şəhərin suverenlik əldə etməsinin tərəfdarları Şotlandiyanı və Kataloniya muxtariyyətini nümunə kimi göstərirlər.
Venesiyanın İtaliyadan ayrılması ilə bağlı referendum keçiriləcək. Altı gün davam edəcək referendumda Venesiya şəhərinin və ətraf Veneto regionunun müstəqil olması məsələsi səsverməyə qoyulacaqdır.

Şəhərin suverenlik əldə etməsinin tərəfdarları Şotlandiyanı və Kataloniya muxtariyyətini nümunə kimi göstərirlər. Onların keçirdiyi son monitorinqə əsasən səsverənlərin 65 faizi Venesiyanın İtaliyadan ayrılmasının tərəfdarıdır. Şəhərin “Veneto Respublikası” adı altında müstəqilliyini bərpa etməsi bir neçə ildir gündəmdədir.

Xatırladaq ki, 1797-ci ildə Napoleon Bonapart tərəfindən müstəqilliyinə son qoyulan Venesiyanın mərkəzi hissəsi 60 il Avstriya imperiyasının tərkibində olmuşdur. 1866-cı ildə isə İtaliya Krallığına birləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar