Venesiya batır
23 Mart 2012 Cümə 15:37
Adalar ildə 2 millimetr də şərqə doğru yerdəyişir.
İtaliyanın Venesiya şəhəri suda salınmış unikal şəhərdir. ANS PRESS xəbər verir ki, Venesiya kanallarında suyun səviyyəsi ildə 4 millimetr sürətlə artır. Bu isə əsasən dəniz səviyyəsinin qlobal miqyasda artımı ilə bağlıdır. Bu barədə Amerika Geofizika İttifaqı (American Geophysical Union - AGU) Amerika alimlərinin tədqiqatlarına istinadən xəbər verir.
"Venesiya ildə təqribən 2 millimetr batmaqda davam edir, Venesiya laqunası isə daha 2 millimetr artır... Bu o qədər də nəzərə çarpmır, amma ciddi nəticələrə gətirib çıxara bilər", deyə tədqiqatın rəhbəri, Kaliforniya Okeanoqrafiya İnstitutunun əməkdaşı Skrips Yeuda Bol bildirib.
Ekspertlərin fikrincə, bu təbii proses yaxın 20 il ərzində bu tempdə davam etsə, Venesiya və onun yaxın ətrafı orta hesabla 8 sm batacaq. Bununla yanaşı, alimlər deyirlər ki, laqunanın adaları ildə 2 millimetr də şərqə doğru yerdəyişir.
DOSTLARINLA PAYLAŞ: