Venerada sensasion kəşf!
08 Oktyabr 2011 Şənbə 17:54
Planetdə ozon qatının olması aşkar edilib
Avropa Kosmik Agentliyinin alimləri Venera planetində ozon qatının olduğunu iddia ediblər. Yeni dərc edilmiş araşdırmalarda bildirilir ki, Veneranın ozon qatı Yer kürəsinin ozon qatından yüzlərlə dəfə nazikdir. Bu vaxtadək Günəş sisteminin yalnız 2 planetində - Yer və Marsda ozon qatının olması məlum idi.
Venera planeti ətrafında ozon qatını ulduzları izləyən "Venus Express" adlı güclü teleskop sayəsində aşkar etmək mümkün olub. Belə ki, müşahidə edilən ulduzların bəziləri digərlərinə nisbətən daha tutqun olub, bunu isə alimlər ozon qatının ulduzların parıltısını udması ilə izah ediblər.
İstisna deyil ki, yeni kəşf astronomlara Venerada atmosferin kimyəvi tərkibini, eləcə də digər planetlərdə həyatın olub-olmamasını öyrənməyə kömək edəcək. Bəzi kosmobioloqlar hesab edirlər ki, atmosferdə oksigen, karbon və ozonun mövcudluğunun planet səthində həyat üçün əlverişli şəraitin olmasının göstəricisidir.
DOSTLARINLA PAYLAŞ: