Vəhşi qadın yenidən meşəyə qayıtdı
29 May 2010 Şənbə 19:40
18 il meşədə yaşıyan kambocalını əhliləşdirmək mümkün olmadı.
18 il Kamboca meşələrində yaşayan Rohom Penqenqi əhliləşdirmək mümkün olmayıb. İnsanlarla bərabər yaşamağa alışmayan qadın yenidən öz meşəsinə qayıdıb.

Rohom Penqenq 1989-cu ildə naməlum şəraitdə yoxa çıxıb. Sonuncu dəfə onu 18 il bundan qabaq bacısı ilə birlikdə doğma kəndləri yaxınlığında görüblər. 18 il sonra itkin düşən qızlardan birini tapan polis onu dərhal ailəsinə təhvil verib. İnsan kimi daşınmağı və yaşamağı unudaraq heyvan həyat tərzinə uyğunlaşan qızı isə təsadüfən bir fermer aşkar edib. Ferma sahibi polisə müraciət edərək ərzaqlarının oğurlandığını bildirib. Bir müddət ətrafı müşahidə edən fermer meşədən çıxaraq onun ərzaqlarını oğurlamaq istəyən lüt qadın görüb.

18 il sonra qızlarına qovuşan valideynlər onu normal insan kimi yaşamağa öyrəşdirə bilməyiblər. Heç bir dildə danışa bilməyən 29 yaşlı Rohom paltar geyinməkdən imtina edərək bir neçə dəfə qaçmağa da cəhd göstərib.
Bir neçə gün bundan öncə isə o, yenidən meşəyə qayıtmağa müvəffəq olub. Onun axtarışları isə heç bir nəticə vermir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar