Vəhşi fillər kəndi məhv etdi
10 Mart 2010 Çərşənbə 19:40
Anqolada “insan və heyvan münaqişəsi” baş verib
Vəhşi fil sürüsü Anqolanın cənubunda yerləşən Mukusso kəndinə hücum edib. “Reuters”in verdiyi xəbərə görə, heyvanlar kənddəki ferma və evləri dağıdıb.

Hadisə nəticəsində insan itkisi olmasa da, həmin kənd və ətraf ərazilərdə yaşayan 4 min sakin qonşu Namibiyaya qaçmaq məcburiyyətində qalıb.

Anqolada hökumət qüvvələri ilə üsyançılar arasında 1975-ci ildən 2002-ci ilədək davam edən qarşıdurmada təqribən 100 min fil və bir neçə min kərgədan ölüb. Bu heyvanların ölümünə əsas səbəb isə hal-hazırda da bir çox ərazilərdə qalmış minalardır.

Mukkosso kəndi isə hökumətdən “insan və heyvan münaqişəsi”nə müdaxilə etməyi xahiş edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar