Vəba Haitini cənginə alıb
24 Oktyabr 2010 Bazar 12:00
Vəba Haitini cənginə alıb. Artıq 208 nəfər xəstəliyin qurbanı olub.
Yanvar ayında Haitidə baş verən zəlzələdən sonra vəba xəstəliyi də sürətlə yayılmağa başlayıb. on məlumatlara görə, xəstəlikdən ölənlərin sayı artıq 208 nəfərə çatıb. Yoluxanların sayının isə 2674 nəfər olduğu bildirilir. Humanitar təşkilatlar epidemiyanın paytaxt Port-o-Prens şəhərində yayılmasının qarşısını almağa çalışırlar. Xəstələrin sayı artdığı üçün xəstəxanalarda artıq boş yerlər tapmaq mümkün olmur.
Dünya Səhiyyə Təkşkilatı başda olmaqla, bir çox beynəlxalq təşkilatlar tərəfindən dərman, tibbi ləvazimatlar, su təmizləyici qurğu, eləcə də 10 min su təmizləyici maddə paketindən ibarət humanitar yardım göndərilib. İçməli suyun qıtlığı vəziyyəti daha da ağırlaşdırıb.
Qeyd edək ki, yanvarın 12-sində Haitidə baş vermiş 8,8 bal gücündə zəlzələdən sonra yüz minlərlə insan çadırlarda yaşayır. Təbii fəlakət Haitidə 300 min nəfərin ölümünə səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: