VAZ 2114 istehsalı dayandırılır
25 Noyabr 2013 Bazar Ertəsi 20:53
Rusiyanın AvtoVaz şirketi dekabrda “Lada Samara” seriyasından VAZ 2114 avtomobillerinin istahsalını dayandırı.
VAZ-2114 avtomobilinin istehsalı dekabrda dayandırılacaq. Rusiyanın AvtoVaz şirketi dekabrda “Lada Samara” seriyasından olan VAZ-2114 avtomobillerinin istehsalını dayandıracaq. ANS PRESS-in RİA Novosti agentliyine istinaden verdiyi melumata göre, AvtoVaz şirketi 2012-ci ilin sonunda VAZ-2115, bu ilin sentyabrında ise VAZ-2113 avtomobillerini konveyrden çıxarmışdı.
Şirket istehsalı dayandırılan avtomobillerin evezinde İjevsk şeherinde Lada Granta hetçbekini maşınseverlerin ixtiyarına verecek. Misir “Al-Amal” şirketi de istehsalın davamlı olması üçün Rusiyadan olan hemkarlarına kömek etmek isteyir.
Xatırladaq ki, 2012-ci ilin neticelerine göre, Rusiyada “Lada Samara” seriyasından 67971 avtomobil buraxılıb. Tekce bu ilin oktyabrında bu seriyadan 3661 maşın satılıb.
Bildirek ki, AvtoVaz şirketi Şerqi Avropanın en böyük avtomobil şirketlerinden biri sayılır. Her il bu şirket 800 minden çox avtomobil istehsal ede biler, ancaq alıcılıq qabiliyyetinin aşağı düşmesi sebebinden 2012-ci ilde 718 min avtomobil konveyrlerden çıxaraq satışa buraxılıb.
DOSTLARINLA PAYLAŞ: