Almaniyanın “Mercedes-Benz” avtromobil konserni Roma papası üçün yeni avtomobil istehsal edib.
Firma XVI Benedikt üçün xüsusi dizayn etdiyi papamobil adlı 2 avtomobilin açarnı Roma papasına təhvil verib.
Qeyd edək ki, 80 ildir katolik dünyasının ruhani liderləri üçün avtomobili “Mercedes” firması hazırlayır. Firma ilk dəfə 1930-cu ildə papa XI Puix üçün Nurburg 460 Pullman model limuzin istehsal etmişdi.