“Kanselyariya” sarayında Qurani Kərimdən surələr və “Segah Bayarm Təkbiri” səsləndirilib.
Türkiyə Katolik ruhani rəisləri şurasının rəsmi tarixçisi və mədəniyyət attaşesi Rinaldo Marmaranın yazdığı “Türkiyə ilə Vatikan Diplomatik Münasibətlərə Doğru” adlı kitab Vatikanda təqdim olunub. Papalıq arxivindəki sənədlər əsasında hazırlanan kitabda Türkiyə ilə Vatikan arasında olan münasibətləri əks etdirən orijinal sənəd və fotoşəkillər nümayiş olunub.
Qeyd edək ki, “Kanselyariya” (Cancelleria) sarayında keçirilən tədbirdə bir çox müsəlman və xristian din adamı iştirak edib.
Tədbirdə Qurani Kərimdən surələr, “Segah Bayarm Təkbiri”, XVII əsr Osmanlı bəstəkarı Buhurizadə Mustafa İtrinin bəzi ilahiləri də səsləndirilib.
Qeyd edək ki, İstanbul “Bahçeşehir” universiteti tərəfindən nəşr olunan kitabdan Roma papası XVI Benediktə də hədiyyə olunub.