ABŞ prezidenti Barak Obama Koreya Xalq Demokratik Respublikasında nüvə silahı sınağının həyata keçirilməsi ilə əlaqədar olaraq Vaşinqtonun cənubi Koreyanı müdafiə etmək niyyətini təsdiq edib. Bu barədə “RİA Novosti”nin məlumatıan görə, ABŞ prezidenti Cənubi Koreyalı həmkarı Li Men Bakom ilə telefon danışığında bildirib.
Xatırladaq ki, dünən Koreya Xalq Demokratik Respublikası yeraltı nüvə silahı sınağı həyata keçirib.
BMT Təhlükəsizlik Şurası KXDR nüvə sınağını həyata keçirməsini pisləyib və bununla əlaqədar yeni qətnamə qəbul etməyi qərara alıb.
“Hər iki prezident KXDR–nın nüvə sahəsində aktivliyini məhdudlaşdırmaq və BMT qətnamələrini dəstəkləmək üçün daha möhkəm əməkdaşlıq etməyə razılaşıblar”, - Ağ evin bəyanatında bildirilib. /ANS PRESS/