Vaşinqton Ankaraya ultimatum verməyib
17 Avqust 2010 Çərşənbə Axşamı 10:30
ABŞ rəsmisi dünən yayılan xəbərləri təkzib edib.
Rəsmi Vaşinqton Barak Obamanın İran və İsraillə bağlı Türkiyəyə ultimatum verməsinə dair yayılan xəbərləri təkzib edib. Ağ ev mətbuat katibinin müavini Bil Berton “Financial Times” qəzetinin bu xəbərləri haradan aldığını bilmədiyini deyib.
Bill Berton həmçinin bildirib ki, Barak Obama və Rəcəb Tayyib Ərdoğan 10 gün əvvəl İran, "Mavi Mərmərə"də baş vermiş insident və digər mövzular barədə müzakirələr aparıblar. O, Türkiyə ilə danışıqların həyata keçirildiyini, lakin heç bir ultimatumun verilmədiyini bildirib.
Xatırladaq ki, Londonda dərc olunan “Financial Times” qəzetində Barak Obamanın “böyük iyirmiliy”in Kanadanın Toronto şəhərində keçirilən sammitində R.T.Ərdoğana Türkiyənin İran və İsraillə bağlı siyasətinə dair xəbərdarlıq etdiyi bildirilirdi. Qəzetdə Barak Obamanın rəsmi Ankaranın İsrail və İranla bağlı siyasətini dəyişdirməyəci halda Türkiyənin silahla təmin olunmayacağı barədə ultimatum verməsinə dair xəbərlər dərc olunmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: