Varmısın Yokmusun 500 min TL qazanıldı
25 Oktyabr 2009 Bazar 15:20
Varmısın Yokmusun yarışmasında 500 min TL qazanıldı. Məbləği xərçəng xəstəsi olan 30 yaşlı Yılmaz Ülkühan uddu.
Türkiyənin SHOW TV kanalında yayımlanan və böyük reytinqi olan "Varmısın, Yokmusun " yarışmasının ən böyük mükafatı nəhayət ki, qazanıldı.

Proqramda ikinci dəfə yarışan Kayseridən olan Ülkühan Yılmaz iki il yarım heç kimin qazana bilmədiyi ən böyük mükafatı 500 min TL-ni (təqribən 250 min manat) uddu.

Xatırladaq ki, 30 yaşlı Yılmaz keçən il yarışmadan 50 min TL ilə ayrılmışdı. Bu dəfə Yılmaz finalda ailəsinin bütün israrlarına baxmayaraq, bankın təklif etdiyi 128 min TL-ni qəbul etmədi.

Aylıq maaşı 560 TL olan Yılmazın beynində şiş var. Bununla əlaqədar Yılmaz iki dəfə ağır əməliyyat keçirib. Ötən müsahibələrinin birində sevdiyi insanları yarı yolda buraxmaq istəmədiyi üçün 6 aydan bir həkim müayinəsindən keçən Yılmaz 500 min TL-ni qazanacağı təqdirdə evlənəcəyini söyləyib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar