Varlılar Londonu tərk etməyə hazırlaşır
29 Sentyabr 2009 Çərşənbə Axşamı 19:05
Böyük Britaniya hökuməti imkanlı şəxslər üçün vergilərin məbləğini artıracaq
Böyük Britaniya hökuməti bankirlərə mükafatların verilməsini nəzərdə tutan köhnə sistemin ləğv olunması barədə qərar qəbul edib. Sözügedən sistem ölkənin maliyyə sektorunu xoşagəlməz vəziyyətə salırdı.
Bununla yanaşı rəsmi London varlılar üçün vergilərin məbləğini artırmaq niyyətindədir. Müvafiq planı Leyboristlər Partiyasının son qurultayında maliyyə naziri Alister Darlinq açıqlayıb.
Qeyd edək ki, yaxın iki həftə ərzində Böyük Britaniya parlamentində «Bank fəaliyyətinin tənzimlənməsi haqqında» qanun layihəsinin müzakirəsinə başlanılacaq.
DOSTLARINLA PAYLAŞ: