Vardan Oskanyanın oğlu maşınla adam vurub
28 Dekabr 2010 Çərşənbə Axşamı 00:35
Sabiq nazirin oğlunun maşını cərimə meydançasına aparılıb
Ötən gün İrəvanda maşınla piyada vurub. ANS PRESS, Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisəni Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu, 26 yaşlı Ara Oskanyan törədib. Onun “Mercedes-Benz” maşını ilə vurduğu piyada - 68 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Sabiq nazirin oğlunun maşını cərimə meydançasına aparılıb. Polis əməkdaşları araşdırmalara başlayıblar.
DOSTLARINLA PAYLAŞ: