Vanuatuda 6.8 bal gücündə zəlzələ olub
02 İyul 2010 Cümə 12:15
Vanuatuda 6.8 bal gücündə zəlzələ olub. Xəsarət alanlar barədə məlumat yoxdur.
Vanuatuda güclü zəlzələ baş verib. Türkiyənin Anadolu agentliyinin ABŞ Geoloji Araşdırma Mərkəzinə istinadən yaydığı məlumata görə, Sakit okeanda, Sinqapur yaxınlığında yerləşən Vanuatu ada dövlətinin Santo şəhərindən 144 kilometr aralıda, 25 kilometr dərinlikdə 6.8 bal gücündə zəlzələ baş verib.
Zəlzələ zamanı insan tələfatə və dağıntıların olub-olmaması barədə hələlik heç bir məlumat yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar