Vanda növbəti zəlzələ - dağıntı var
10 Noyabr 2011 Cümə Axşamı 00:13
Dağıntıların altında insanların olduğu bildirilir.
Türkiyənin Van vilayətində növbəti zəlzələ baş verib. ANS PRESS “Cihan” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 21.23-də (Bakı vaxtıyla 23.23) meydana gələn yeraltı təkanların şiddəti 5.6 bal gücündə olub və episentri Edremit rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində 5 mərtəbəli “Bayram” otelində çökmə meydana gəlib. Dağıntıların altında insanların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupunun əməkdaşları cəlb olunub. Məlumata görə otellə eyni küçədə olan digər binalarda da dağıntılar qeydə alınıb. Oteldə olan insanların sayı barədə isə hələlik məlumat yoxdur. Otel rəsmiləri binada İrandan gələn qonaqların olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: