Van zəlzələsində erməni kilsəsi Axtamar çatlayıb
01 Noyabr 2011 Çərşənbə Axşamı 06:00
Axtamar kilsəsinin günbəzi çatlayıb.
Türkiyənin Van vilayətində baş vermiş 7.2 bal gücündə zəlzələ Van gölünün Axtamar adasındakı eyni adlı kilsəyə də zərər verib. Məlumata görə şəhər Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları kilsənin günbəzinin çatladığını, bəzi şüşələrin sındığını və bir neçə keramikanın yerindən qopduğnu müəyyənləşdirib. Mütəxəssislər məbədə dəymiş zərərin restavrasiya ilə bərpasının mümkün olduğunu bildiriblər.
DOSTLARINLA PAYLAŞ: