Van yenə silkələndi
13 Mart 2012 Çərşənbə Axşamı 10:48
Viklayətdə baş verən təkanların gücü 4 balla ölçülüb.
Türkiyənin Van vilayətində yenidən zəlzələ baş verib. ANS PRESS-in Türkiyənin “Haberler” saytına istinadən verdiyi məlumata görə, Vanda yeraltı təkanlar 1 dəqiqə fərqlə iki dəfə qeydə alınıb.

İlk təkanın gücü Rixter şkalası ilə 3,7, ikinci təkanın gücü isə 4 bal gücündə olub. Zəlzələ Van əhalisi arasında çaxnaşma yaratsa da dağıntıya və insan tələfatına səbəb olmayıb.

Xatırladaq ki, Van vilayətində son dəfə çoxlu dağıntı və insan tələfatı ilə müşahidə edilən dəhşətli zəlzələ ötən ilin oktyabrın 23-də baş vermişdi. Təkanlar 7,2 bal gücündə olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar