Van yenə silkələndi
24 Noyabr 2011 Cümə Axşamı 10:41
Bu dəfə təkanların gücü 4,5 bal olub.
Türkiyənin Van vilayətində yenidən zəlzələ baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar saat 02.48-də qeydə alınıb. Zəlzələnin episentri Van Gölündə qeydə alınıb. Zəlzələnin gücü 4,5 bal olub.
Boğaziçi Universiteti Kandilli Rəsədxanası və zəlzələ araşdırmaları İnstitutunun məlumatına görə, zəlzələ yerin 5 km dərinliyində baş verib.
Qeyd edək ki, Vanda ilk zəlzələ oktyabrın 23-də baş verib. 7,2 bal gücündə olan zəlzələ nəticəsində 600-dən artıq insan ölüb, minlərlə adam yaralanıb. Bu tarixdən sonra müntəzəm olaraq adıçəkilən bölgədə yeraltı təkanlar qeydə alınmağa başlayıb. Zəlzələdən öncə isə Vanda torpaq sahələrində yanma müşahidə edilib. Belə ki, torpaq sahələrinin altında vulkan lavasına bənzəyən alovlar meydana gəlmişdi.
DOSTLARINLA PAYLAŞ: