Valeybol matçı zamanı ölənlərin sayı 90-a çatıb
02 Yanvar 2010 Şənbə 19:10
Valeybol matçı zamanı ölənlərin sayı 90-a çatıb. Onlar stadionda törədilən partlayışın qurbanı olub.
Dünən Pakistanın şimal - qərbində Lakki Marvat adlanan yerdə valeybol oyunu zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı ən azı 93 nəfərə çatıb. Yerli polisin məlumatına görə, partlayış terrorçu - kamikadze tərəfindən törədilib.
Qeyd edək ki, partlayışın dalğasından yaxınlıqdakı bir çox evlər uçub. Bu səbəbdən ölənlərin sayının artacağı bildirilir.
Yerli mətbuatın məlumatına görə, hadisənin nəticələrinin aradan qaldırılması üçün insident yerinə hərbçilər göndərilib. Eyni zamanda bu kiçik kənddə xilasetmə işlərinin aparılması üçün imkanların məhdud olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: