Vahid dünya valyutası
10 Mart 2009 Çərşənbə Axşamı 18:25
Qazaxıstan prezidenti Nursultan Nazarbayev vahid dünya valyutası vahidinin yaradılmasını təklif edib. APA-nın məlumatına görə, Nazarbayev bildirib ki, bu valyutanın yaradılmasında dünyanın bütün dövlətləri iştirak eləməlidir:
“Hazırda bir çox ölkələr dünya valyutasının yaradılması ilə bağlı müxtəlif modellər təklif edirlər. Biz də qlobal problemlərin həlli baxımından öz mövqeyimizi ortaya qoymuşuq”. Qeyd edək ki, 2008-c ildə ATƏT Parlament Assambleyasının Astanada keçirilən toplantısında Nazarbayev bildirmişdi ki, dolların devalvasiyası çoxqütblü maliyyə sistemi ideyasını aktual edir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar