Vadidə partlayış 3 nəfərin ölümü ilə nəticələnib
13 Mart 2010 Şənbə 09:45
Hadisə Pakistanda baş verib. Vadidə partlayış 3 nəfərin ölümü ilə nəticələnib.
Pakistanın şimal-qərbində yerləşən Svat vadisində növbəti terror aktı törədilib. Yerli polisin məlumatına görə, hadisə kamikadzenin Pakistan təhlükəsizlik qüvvələrinin nəzarət buraxılış məntəqəsində içərisində partlayıcı qurğunun olduğu maşını partlatması nəticəsində baş verib.

Məlumata görə, partlayış nəticəsində ən azı üç nəfər həlak olub. Xarici mətbuatın yazdığına görə isə, insident qurbanlarının sayı beş nəfərdir.

Terror aktı nəticəsində 20-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Xatırladaq ki, Pakistan ordusu ötən ilin əvvəllərində Svat vadisində döyüşçülərə qarşı irimiqyaslı əməliyyat aparıb. Vadi üzərində nəzarət 2009-cu ilin ortalarında bərpa olunub, lakin müntəzəm olaraq burada analoji hadisələr baş verməkdədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar