Uzaq Şərqdə müharibə həyəcanı
24 İyul 2010 Şənbə 20:15
KXDR ABŞ və Koreya ilə müharibəyə hazır olduğunu bəyan edib.
Koreya Xalq Demokratik Respublikası nüvə gücünü artıracaq və Pxenyana qarşı hərbi təxribat, qadağa və təzyiqləri gücləndirmək qərarına gələn Birləşmiş Ştatların siyasətinə fiziki təsir tədbirləri tətbiq edəcək. Bu bəyanatla respublikanın Xarici İşlər Nazirliyinin nümayəndəsi çıxış edib.
Onun sözlərinə görə, hazırda KXDR “istər həm müharibəyə, həm də dialoqa hazırdır”.
“Lakin Cənubi Koreya ilə birgə irimiqyaslı hərbi təlimlər keçirmək qərarına gəlməsi ABŞ-ın “soyuq müharibə” təfəkküründən imtina etmədiyini və qarşıdurma yolunu seçdiyini göstərdi. Pxenyanda bu təlimləri “hərbi təxribat” kimi nəzərdən keçirirlər”, -deyə KXDR-nın Xİn rəsmisi bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: