Uydurma “erməni soyqırımı”
21 Mart 2009 Şənbə 17:27
layihə Nümayəndələr Palatasına təqdim edilib

 

1915-ci il hadisələrinin XX əsrin ilk “soyqırımı” olduğu iddia edilən sənəddə Prezident Barak Obamaya bunun rəsmən tanınması çağırışı öz əksini tapıb
ABŞ Konqresindəki erməni lobbisi 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınmasını nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Verilən məlumata görə, Konqresdəki ermənipərəst qrupun liderləri - demokratlar Adam Şiff, Frank Pallone və respublikaçılar Corc Radanoviç və Mark Kirk tərəfindən hazırlanan layihəyə 77 konqresmen imza atıb. 1915-ci il hadisələrinin XX əsrin ilk “soyqırımı” olduğu iddia edilən sənəddə Prezident Barak Obamaya bunun rəsmən tanınması çağırışı öz əksini tapıb. Layihə əvvəlcə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin təsdiqindən keçməli və daha sonra palatanın ümumi yığıncağının gündəminə daxil edilməlidir.
Diplomatik müşahidəçilərin qənaətincə, uydurma layihə Konqresdə qəbul edilərsə, bu, ABŞ-ın xarici siyasətində Türkiyə amilinin itirilməsi ilə nəticələnəcək. Belə ki, bu halda Türkiyənin Ýraqdan hərbçilərini geri çağırması başda olmaqla, Yaxın Şərqdə sülhə nail olunması və Ýranın nüvə silahına sahib olmasının qarşısının alınmasına qədər bir çox məsələlərdə ABŞ-la əməkdaşlığa son qoyacağı güman olunur.
Xatırladaq ki, 2007-ci ildə həmin layihə gündəmə gətirilmişdi. Layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində cüzi fərqlə qəbul olunmuşdu. Ancaq həmin vaxt prezident olan Corc Buş və onun administrasiyasının səyləri nəticəsində layihə Nümayəndələr Palatasının plenar iclasının gündəminə daxil edilməmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar