Üsyançılar Qəddafiyə "yox" deyir
28 Avqust 2011 Bazar 20:06
Milli Keçid Şurası Qəddafinin təklifinə rədd cavabı verib.
Liviyada Milli Keçid Şurasının üzvləri Müəmmar Qəddafinin hərbi dəstələri ilə Sirt şəhərinin təhvil verilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə Milli Keçid Şurasının rəhbəri Mahmud Cibril məlumat verib.
Qeyd edək ki, Qəddafi rejiminin sözçüsü Musa İbrahim də keçid hökuməti qurmaq üçün danışıqlara hazır olduqlarını deyib. Qiyamçılar isə bu təklifə rədd cavabı verib. Şuranın nümayəndəsi Əli Tarhuni bildirib ki, Qəddafi təslim olana qədər onunla heç bir danışıqdan söhbət gedə bilməz. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: