Üsyançılar 450 neferi girov götürdüler
06 Avqust 2013 Çərşənbə Axşamı 02:20
Girov götürülenlerin namelum istiqamete aparılaraq qetle yetirildiyi bildirilir.
Suriyanın terrorçu qruplaşmaları ölkənin şimalında yeni qətliam törədiblər.

ANS PRESS-in Suriyanın SANA agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə ilə sərhəddə yerləşən Tel şəhərinə basqın edən terrorçular kürdlərin sıx məskunlaşdığı qəsəbələrə girərək, 120 uşaq, 330 qadın və yaşlı insan olmaqla, 450 nəfəri girov götürüblər.

Son məlumatlarda, girovların hamısının terrorçular tərəfindən qətlə yetirildiyi bildirilir.

İranın “Əl-Ələm” telekanalı isə yaydığı məlumatda, girovların 300 nəfərdən bir qədər çox olduğunu, əksəriyyətinin isə Azad Suriya Ordusunun tərkibində döyüşən “Kürd briqadaları”nın ailə üzvləri olduğunu və girovların naməlum istiqamətdə aparıldığını bildirib.

Suriyanın iqtidar və müxalifət mətbuatı isə bu barədə yayılan məlumatları nə təkzib, nə də təsdiq edir. Əsədə bağlı “Surya əl-Ain” xəbər portalı isə yalnız onu bildirib ki, terrorçular ASO tərkibində döyüşən kürd silahlılarından qisas almaq məqsədilə, onları girov götürdüyünü yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar