Üsyançılar 25 nəfəri güllələyib
28 May 2013 Çərşənbə Axşamı 07:10
"Seleka" üsyançılar hərəkatının üzvləri yaşayış məkanına hücum etməklə yerli sakinlərdə qorxu yaratmaq istəyiblər.
Mərkəzi Afrika Respublikasında üsyançıların ölkənin qərbində yerləşən yaşayış məkanına hücumu nəticəsində 25 nəfər öldürülüb. Beynəlxalq Qırmızı Xaç təşkilatının nümayəndələrinin sözlərinə görə, "Seleka" üsyançılar hərəkatının üzvləri yaşayış məkanına hücum etməklə yerli sakinlərdə qorxu yaratmaq istəyiblər.

Məlumatlara görə, üsyançılar hücum zamanı 25 nəfəri, o cümlədən, hamilə qadını və 5 yaşlı uşağı güllələyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar