Üsəma bin Ladenin yeni seslenişi
14 Mart 2009 Şənbə 18:55
O, ərəb ölkələrinin liderlərini Qərblə İslam dünyasına qarşı sbvdələşmədə ittiham edib
Qətərin «Al Jazeera» telekanalı bu gün «Əl Qaidə» lideri Üsəma bin Ladenin yeni müraciətini yayıb. O, audioyazıda ərəb ölkələrinin liderlərini Qərblə İslam dünyasına qarşı sbvdələşmədə ittiham edib. Amma «Əl Qaidə» lideri konkret heç bir ərəb ölkəsinin başçısının adını çəkməyib.
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Üsəma Bin Laden Pakistanın sərhəd rayonlarında gizlənir və «Əl Qaidə» üzərinə mətəmadi rəhbərlik etmir. Lakin MKİ-nin direktoru Maykl Qayden bildirib ki, Üsəma bin Ladenin təşkilatı hələ də ABŞ üçün təhlükə törədir.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar