Uşaqları öldürən çinli
19 Mart 2010 Cümə 18:40
Həmin şəxsə uşaq beyni yeməyi tövsiyyə ediblər
Çinin cənub-qərbində Qixianda şəhərində qoca qarıların hekayələrinə inanan bir şəxs ağlasığmaz cinayət törədib. Epilepsiya xəstəliyindən əziyyət çəkən Vang Çaoxuya xəstəliyinin dərmanı kimi uşaq beyni yemək tövsiyyə olunub.
Vang Çaoxunun öldürdüyü ehtimal olunan 11 yaşlı uşağın cəsədi beyin qapağı açılmış vəziyyətdə tapılıb. Meyiti müayinə edən ekspertlər uşağın beyninin bir hissəsinin kəsilərək götürüldüyünü müəyyən ediblər.
Daha öncə tibb bacısı ilə evli olan Vang Çaoxunun 3 yaşlı qızının da cəsədi tapılıb və onun da baş nahiyyəsində bıçaq yaraları aşkar edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: