Uşaqları marixuana ilə “sakitləşdirən” bağça müəlliməsi tutulub
16 Avqust 2013 Cümə 20:23
Los-Ancelesli 50 yaşlı erməninin narkoman siçanlarla dolu elektriksiz və tualetsiz evdə səkkiz uşağa “dayəlik” etdiyi ortaya çıxıb.
Amerika polisi Los-Anceles ətrafında Rubina Arutyunyan adlı erməni qadını həbs edib. ANS PRESS “Glendale News-Press”ə istinadən bildirir ki, evində uşaq bağçası yaratmış 50 yaşlı qadın valideynlərdən birinin şikayəti əsasında tutulub.

Onun bağçasında qalmış iki yaşlı uşağın valideynləri onu evə götürən zaman çox süst olduğunu aşkarlayıblar. Həkimə müraciət zamanı uşağın qanından tetraqidrokannabinol - marixuananın aktiv inqredienti aşkarlanıb. Uşağın valideynləri polisə müraciət ediblər və körpələrinin mariuxananı bağçada «qəbul etməsindən» şübhələndiklərini deyiblər. Polis bağçada araşdırma aparıb və orada elektrikin olmadığını, tualetin işləmədiyini, mətbəxin çirkli və siçan peyini ilə dolu olduğunu aşkarlayıblar. Bağçada həmçinin narkotik madddələr aşkarlanıb. Polis bağçada saxlanan daha səkkiz körpənin valideynlərinə müraciət edərək uşaqlarını götürməyini tələb edib. Erməni qadın isə həbsxanaya aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar