Uşaqları binadan atan cinayətkar həbs olundu
08 İyul 2013 Bazar Ertəsi 14:46
Misirdə uşaqlara qarşı qanlı cinayət törədildi.
Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin əleyhinə aksiya keçirən iki uşağı binanın başından tan şəxslərdən biri yaxalanıb.

ANS PRESS Misir mətbuatına istinadən xəbər verir ki, yaxalanan şəxsin adının Məhəmməd Həsən Ramazan olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə İskəndəriyədə keçirilən aksiya zamanı Mursi tərəfdarları bir binanın üstünə çıxaraq devrilmiş prezident əleyhinə şüarlar səsləndirən uşaqları daşa tutublar.

Bununla kifayətlənməyən aksiyaçılardan ikisi uşaqları tutaraq binanın başından yerə atırlar. Nəticədə uşaqlardan ikisi də həlak olublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar