Uşaq qatili öldürüldü
31 Avqust 2013 Şənbə 05:46
Məhəmməd Aslan Suriyada kimyəvi silahlara nəzərət edirdi.
Azad Suriya Ordusu bəyan edib ki, Suriya rejiminə bağlı Respublika Mühafizləri korpusunun komandanı, eyni zamanda kimyəvi silahlara cavabdeh olan general Məhəmməd Aslan öldürülüb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azad Suriya Ordusu iddi edir ki, Suriyada kimyəvi silahların dinc insanlara qarşı davamlı bir şəkildə istifadəsinə əmri məhz Məhəmməd Aslan verib.
Qeyd edək ki, ötən həftə Suriyada rejimə sadiq ordu birlikləri dinc insanlara qarşı kimyəvi silahdan istifadə ediblər. Aralarında azyaşlı uşaq və qadınlar olmaqla ümumilikdə 1300 dən artıq insan həyatını itirib.
Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qınanaılıb. Sonda Suriyaya hərbi müdaxilə planı gündəmə gəldi.
DOSTLARINLA PAYLAŞ: